"İranlıların Qarabağ döyüşləri zamanı verdiyi dəstəyi heç vaxt unutmarıq"-FOTOLAR
Featured

27 Fevral 2019

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov Tehranda Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə iştirak edib.

Vetenugurunda.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, səfir tədbiri təqdirəlayiq hal hesab edib. O, qardaş İran xalqının Qarabağ döyüşlərinin şiddətli dövründə Azərbaycan xalqına etdiyi köməkliyi diqqətə çatdırıb: "Dağlıq Qarabağ təkcə Azərbaycan hökumətinin problemi deyil, həm də İslam dünyasının problemidir. Mən Qarabağdakı vəziyyətlə əlaqədar İranın ali dini lideri Ayətullah Xameneinin fikirlərini və mövqeyini oxumuşam və onun təlimatları ilə tam şəkildə tanışam.

Ayətullah Xameneinin fikirləri və sözləri Azərbaycan xalqı arasında xüsusi yer tutur. Xüsusən də onun Qarabağda dünyasını dəyişənləri şəhid adlandırması Azərbaycan xalqı üçün çox dəyərlidir. Biz heç vaxt iranlı bacı-qardaşların Qarabağ döyüşləri zamanında verdiyi dəstək və yardımları unutmarıq. Bu gün Azərbaycanın hərbi gücü Qafqazda birincidir. Bu məsələdə də iranlı qardaşların mənəvi və ixtisaslar baxımından dəstəklərinin şahidi olmuşuq". 

Səfir, həmçinin qeyd edib ki, İranda uzun illərdir "Qüds Günü" aksiyalar keçirilir: "İran xalqının Fələstin işğalı ilə bağlı narazılığının şahidiyəm. Azərbaycan hökuməti də Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi dəstəkləyir".

Top
JoomlaLock.com All4Share.net