28 fevral Şəhid Kamran Şirəliyevin doğum günüdür
Featured

28 Fevral 2019

28 fevral Şəhid Kamran Faiq oğlu Şirəliyevin doğum tarixidir. 

Vetenugrunda.az bu gün oxucularına bu Şəhidimizi xatırladacaq.

Kamran Şirəliyev 28 fevral 1994-cü ildə Bakı şəhərinin Suraxanı rayonunda Faiq və Elvira Şirəliyevlərin ailəsində anadan olub. Xəzər rayonunda yerləşən H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 9-cu sinfini bitirən Kamran Şirəliyev daha sonra peşə məktəbinə daxil olub. 

Bakı şəhərində doğulub. Əsgər Kamran Şirəliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttinderməni işğalçılarının hücumu zamanı Tərtər rayonunda Şəhid olub. 

Aprelin 6-ı isə Kamran Şirəliyev doğulduğu Bakı şəhərinin Suraxanı rayonunda son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Şirəliyev uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Kamran Şirəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

Ruhu şad olsun! 

Top
JoomlaLock.com All4Share.net