İranlı general: "Biz Xocalı qətliamı günü Paşniyana soyuq pepsi açanda..."
Featured

03 Mart 2019

İranlı general Mənsur Həqiqətpur: "Biz Ermənistanın amerikalı baş nazirinə soyuq pepsi açmamalıyıq, bu onu cürətləndirir ki..."
İran İR Parlamenti sədrinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mənsur Həqiqətpur Ermənistan baş naziri Nikol Paşniyanın Xocalı soyqırımının 27-ci ildönümündə İrana səfəri, bu səfərin İranda və Azərbaycanda yaratdığı narahatçılıqla bağlı İran Xarici İşlər Nazirliyinə açıq məktub yazıb.

Məktubda deyilir:
"Xarici İşlər Nazirliyindəki əziz dostlar!
Bilirik ki, qonşu ölkələrlə münasibətləri genişləndirmək İran İslam Respublikasının öndə duran məsələlərindəndir və bu istiqamətdə təlaş edirsiz, təlaşlarınız təqdirəlayiqdir.
Bir ölkə ilə əməkdaşlığı genişləndirmək üçün bir sıra məsələlərə riayət etmək vacibdir. Bəzən iki qonşu ölkə arasında gərgin münasibət olur. Ağıl hökm edir ki, biz qonşu ölkələrlə münasibətlərimizi genişləndirdikdə xalqın rəyini də nəzərə alaq. Məsələn ermənilərin Qarabağı işğal etməsinə görə, Ermənistan və Azərbaycan ölkələri arasında gərgin münasibət mövcuddur. Digər tərəfdən də ağlın hökmünə əsasən, hər iki ölkə ilə milli maraqlar üzərində münasibətlərimizi genişləndirməliyik. Bu isə Xarici İşlər Nazirliyində çalışan mütəxəssislər və əlhəmdulillah, siyasəti bacaranların, bir qədər diqqətli olmasını tələb edir. Əgər Amerikanın seçdiyi bir baş nazir (Paşinyan) İrana səfər edəcəksə, bu səfər nə üçün Xocalının məzlum əhalisinin qətliamı, soyqırımının ildönümü günündə baş tutmalıdır? Halbuki, qətliamın ildönümü günü Azərbaycan xalqı qara geyinmişdir və matəm içindəydi. İl uzunu onun İrana səfəri üçün digər münasib bir gün yox idimi?!
Ötən illərdə erməni lobbisinin İran Xarici İşlər Nazirliyində çoxlu təxribatlar törətdiyindən xəbərdarıq. Ermənilərin Xocalının məzlum əhalisinin qətliam etdiyi gün, Xocalı soyqırımı günü biz Ermənistanın amerikalı baş naziri üçün soyuq pepsi açmamalıyıq ki, o da Ararat idman salonunda ermənilərin qarşısında Qarabağın haqsız olaraq işğalını Ermənistanın haqqı adlandırmağa cürət etsin. "Qarabağ Ermənistanın ərazisidir" kimi yersiz iddiada bulunsun. Sözsüz ki, Qarabağ İslam və Azərbaycanın torpağıdır və Azərbaycan müsəlmanlarının əli ilə azad olacaq".

Top
JoomlaLock.com All4Share.net