"Ermənistan baş nazirinin İrana səfərindən narahat olduq"
Featured

04 Mart 2019

Höccətül-islam Əsğər Cudayi: "Azərbaycan Respublikası əhalisi müsəlman və Əhli-beytin (ə) aşiqidir. Bu ölkə şiə aləminin ikinci ölkəsidir. Heç bir şübhə yoxdur ki, Qarabağ məsələsində bu ölkənin əhalisinə zülm olmuşdur."

Biləsuvarın imam cüməsi höcətül-islam Əsğər Cudayi bu həftəki cümə namazı xütbələrində Ermənistan baş nazirnin İrana səfərinə toxunaraq deyib: "Xarici İşlər Nazirliyi xarici ölkələrin yüksək səviyyəli məsullarının böyük və başıuca İrana səfərlərində bütün şərait və məsələləri nəzərə almalıdır.

Azərbaycan Respublikası islami bir ölkədir və əhalisi Əhli-beyt (ə) aşiqidir. Bu ölkə şiə aləminin ikinci ölkəsidir. Heç bir şəkk yoxdur ki, Qarabağ məsələsində bu ölkəyə böyük zülmlər olmuşdur."

Qafqaz Mədəniyyət Mərkəzinin verdiyi məlumata görə, İmam cümə əlavə edib: "Azərbaycan əhalisi Xocalı kimi acı hadisələrdə qətliam edilmiş əzizlərini unutmurlar. Xocalıda baş vermiş cinayətlər bizim üçün Qəzzədə baş verən cinayətlər qədər əhəmiyyətlidir. Ermənistan baş nazirinin İrana səfərinə sevinmədik, əksinə narahat olduq.
Əlbəttə, bizim bütün ölkələrlə münasibətlərimiz möhkəm, davamlı və dostcasına olmalıdır, istər Ermənistanla olsun, istərsə də digər ölkələrlə. Amma bizə qarşı düşmən olan ölkə istisnadır. Çünki bu surətdə dostluq və münasibətin mənası yoxdur."

Höccətül-islam Cudayi vurğulayıb: "Yaxşı olardı ki, bizim Xarici İşlər Nazirliyimiz azərilərin və Qarabağın da hüquqlarını müdafiə etsin. Mən öz payımda Qarabağ və Xocalıda baş verən cinayətləri pisləyirəm və Azərbaycan xalqının tezliklə öz haqqına çatmasını arzu edirəm."

Top
JoomlaLock.com All4Share.net