Azərbaycanın bu 4 rayonunda erməni bayramı keçiriləcək...-FOTO
Featured

06 Mart 2019

Biz buralarda çərşənbə, Novruz tonqalları çatdığımız bir vaxtda işğal altındakı Laçın, Qubadlı, Zəngilan və Cəbrayıl rayonlarında erməni milli-dini bayramı qeyd ediləcək.

Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonları və Cəbrayıl rayonunun bir hissəsində qondarılmış “Kaşataq rayonu”nun icra başçısı, ABŞ vətəndaşı Stepan Sərkisyanın himayədarlığı və onun arvadı Nelli Martirosyanın təşkilatçılığıyla erməni dini və milli bayramı olan Pasxa ərəfəsində “Tonot” erməni milli teatr qrupu “rayon” ərazisində bayram tamaşaları təşkil edəcək... Tədbirlərin martın 9-da Laçında, 10-da isə Qubadlının Xanlıq kəndində keçirilməsi planlaşdırılır.

P.S. Bizlər hələ Bakıda müxalifətli-iqtidarlı, varlılı-kasıblı, vəzifəli-vəzifəsiz birləşib bir ÜMUMMİLLİ QARABAĞ MİTİNQİ keçirməyə cəsarət etmirirk... (moderator.az)

Top
JoomlaLock.com All4Share.net