Ermənilər Laçında bayram edirlər-FOTOLAR
Featured

11 Mart 2019

Öncədən xəbər verdiyimiz kimi, dünəndan Azərbaycanın Laçın, Qubadlı, Zəngilan rayonları və Cəbrayıl rayonunun bir hissəsində qondarılmış "Kaşataq rayonu"nun icra başçısı, ABŞ vətəndaşı Stepan Sərkisyanın himayədarlığı və onun arvadı Nelli Martirosyanın təşkilatçılığıyla erməni dini və milli bayramı olan Pasxa ərəfəsində "Tonot" erməni milli teatr qrupu "rayon" ərazisində bayram tamaşalarının təşkilinə start verib.

Xankəndindəki separatçı nəşrlərin verdiyi məlumata görə, erməni folklorunda baharın başlanğıcı hesab edilən gündə- martın 9-da sözügedən "rayon"un mərkəzi sayılan "Berdzor" adlandırılmış Laçında ermənilər bayram tədbirlərini keçiriblər. Nağara vuran, Azərbaycan, türk folklorundan, xalq musiqilərindən oğurladıqları havalar altında rəqs ediblər, cürbəcür tamaşalar nümayiş etdiriblər...

Sonda torpaqlarımıza sahiblənmiş işğalçılar "rayon" başçısı S.Sərkisyan da daxil olmaqla "Qovdağ" adlandırdıqları rəqsi, əslində Azərbaycan xalq rəqsi olan yallını ifa ediblər.(miderator.az)

Top
JoomlaLock.com All4Share.net