Karen Qazaryanla dəyişdiriləcək Azərbaycan vətəndaşı yoxdur - Erməni naziri
Featured

12 Mart 2019

Azərbaycanda 20 il müddətinə azadlıqdan məhrum edilmiş erməni vətəndaşı Karen Qazaryanı əvəz etmək təklifi irəli sürülüb, lakin bu dəyişikliyi həyata keçirmək üçün Ermənistanla eyni statusa malik Azərbaycan vətəndaşı yoxdur. Eurasia Diary-nin news.am-a istinadən məlumatına görə, bunu Ermənistanın ədliyyə naziri Artak Zeynalyan deyib.

"Karen Qazaryan əsir götürülməyib, o həbs olunub. Bu sözlər arasında böyük bir fərq var. Erməni hökuməti Karen Qazaryanın sağ qalmasını təmin etmək üçün bütün diplomatik və humanitar vasitələrdən istifadə edir. Belə bir təklif var idi, amma bu dəyişikliyi etmək üçün Ermənistanla eyni statusa malik olan Azərbaycan vətəndaşı yoxdur", deyə o bildirib.

Xatırladaq ki, keçən ilin iyul ayında Ermənistanın Tavuş rayonunun Berdavan kənd sakini, 1984-cü il təvəllüdlü Karen Qazaryan Azərbaycan sərhədlərini keçərkən saxlanılıb.

O, Ermənistan Silahlı Qüvvələrinin sabotaj və kəşfiyyat qrupunun qulluqçucudur.

Top
JoomlaLock.com All4Share.net