Mehriban Əliyeva: "Qarabağı mütləq qaytaracağıq"
Featured

04 Aprel 2019

"Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq".

Mehriban Əliyeva: "Qarabağı mütləq qaytaracağıq"

u sözləri Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşündə deyib.

Birinci vitse-prezident bildirib ki, Azərbaycanın belə oğullarının olması ilə fəxr edir: "Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq".(karabakhmedia.az)

Top
JoomlaLock.com All4Share.net