İrandakı ermənilər Şuşadakı ermənilərə sovqat gətirdi
Featured

04 Aprel 2019

İran paytaxtındakı erməni icmasının yaratdığı "Tevanik" xeyriyyə təşkilatı Azərbaycanın işğal altındakı bir sıra məntəqələrinə, o cümlədən Şuşadakı erməni kolleclərindən birinə kompüter və digər ləvazimatlardan ibarət yardım gətirib.

Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, "Tevanik" erməni xeyriyyə təşkilatı 2014-cü ildən Qarabağda layihələr icra etməyə başlayıb. Ötən illərdə təşkilat Şuşa və Xankəndində qadınlar üçün əl işləri sexləri açıb. Əsgəran yaxınlığındakı kəndlərdən birində gündə 1 ton meyvə quruda bilən xüsusi qurğu quraşdırıb. Hərbçilərə, çoxuşaqlı ailələrə və s. yardım göstərib. (moderator.az)

P.S

Fotodan göründüyü kimi, Şuşadakı kollecin girişindəki adı rus dilində də yazılıb...

Top
JoomlaLock.com All4Share.net