Bir döyüşdə 17 ermənini məhv edən Adil Adilzadə
Featured

17 Aprel 2019

Bu gün 22 yaşında Şəhadət zirvəsinə ucalan Adil Kamran oğlu Adilzadənin mövlud günüdür. Adil Adilzadə 1993-cü ilin 17 aprel günündə Mingəçevir şəhərində anadan olub. Ailənin yeganə övladı olan Adil Adilzadə Mingəçevir şəhərində yerləşən 20 saylı tam orta məktəbi bitirib. O, Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə müddətdən artıq hərbi xidmət keçib.

2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmanlıqla Şəhid olub. Adil Adilzadə döyüş zamanı 17 erməni hərbçisini məhv edib. Qarşı-qarşıya döyüşlərdə Adil Adilzadə ilə bacarmayan ermənilər onu snayperdən açılan atəşlə qətlə yetirib.

Aprelin 11-i isə Adil Adilzadə doğulduğu Mingəçevir şəhərində son mənzilə yola salınıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, kiçik çavuş Adil Adilzadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Top
JoomlaLock.com All4Share.net