"Əbədi yaşayanlar"-Ermənini diz çökdürən 8 döyüşçümüz...-TƏQDİMAT
Featured

24 Aprel 2019

1997-ci ilin aprelində günlərlə ermənilərlə döyüşən kəşfiyyatçılarımızın silahı qurtaranda birgə qərar qəbul edirlər və Allahu Əkbər deyib, özlərini birlikdə partladaraq Şəhid olurlar. 8 nəfərlik kəşfiyyat qrupundan bir nəfər möcüzə nəticəsində sağ qalır. Bu Aqil Əhmədov idi. Aqilin sağ qalması doğurdan da möcüzə idi. O, bu möcüzəsiylə , əsl qəhrəmanlıq nümunəsi olan kəşfiyyatçı dostlarının son döyüşdəki şücaətlərini xalqımıza çatdırdı. 

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, 8 kəşfiyyatçımız haqqında Milli Mədəniyyətin Təbliği İB-nin sədri Jalə Cəfərova "Əbədi yaşayanlar" adlı kitab ərsəyə gətirib. Aprelin 23-də Rəşid Behbudov adına Mahnı Teatrında kitabn təqdimatı olub. Təqdimatda ictimai-siyasi fəallar, Şəhid ailələri, incəsənət xadimləri, Cəmşid Naxçıvaniski adna Hərbi Məktəbin kollektivi, Qarabağ qaziləri və media nümayəndələri iştirak edib.

Kitab təqdimatı Naxçıvanski adına hərbi Məktəbin kursantlarının təqdim etdiyi səhnəciklə başladı. Sonra qonaqlar kitab haqqında fikirlərini bildirdilər.

Qarabağ qazisi, Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli çıxışının sonunda baş redaktoru olduğu vetenugrunda.az-ın kollektivi və rəhbərliyi adından qazimiz Aqil Əhmədova diplom təqdim etdi. Qeyd edək ki, aprelin 23-ü eyni zamanda Aqil Əhmədovun doğum günüdür. Aqil Əhmədov çıxışı zamanı döyüşçü dostlarını andı, kitaba və diploma görə, eyni zamanda təqdimata görə təşəkkürünü bildirdi.

Tədbirin sonunda səhnəyə dəvət edilən Şəhid anaları ürək sözlərini tədbirin təşkilatçısı və kitabın müəllifinə, Jalə Cəfərovaya çatdırıblar.

Kitab təqdimatından sonra vetenugrunda.az saytının qonağı olan Aqil Əhmədov göstərilən diqqətə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 1997-ci ilin aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçıları - Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov cəhbənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Aprel ayının 10-da onlar erməni mühasirəsinə düşüb, lakin təslim olmayıblar silahları bitənə qədər döyüşüblər. Kəşfiyyat qrupunun sağ qalan yeganə üzvü isə Aqil Əhmədov döyüş zamanı aldığı yaradan huşunu itirib. O, ayılanda erməni əsirliyində olduğunu görüb. Aqil Əhmədov Azərbaycanda olan erməni əsirlərlə dəyişdirilib.

Şəhidlərimizin nəşi isə Azərbaycana gətirilib, 1997-ci ilin oktyabr ayının 16-da II Fəxri Xiyabanda dəfn edilib. 

Şəhid olmuş 7 nəfər kəşfiyyatçımızın hər biri "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Top
JoomlaLock.com All4Share.net