Ermənilər "Qul-Şərif" məscidində Azərbaycana qarşı təxribat törədib
Featured

29 Aprel 2019

Rusiyada ermənilər Azərbaycana qarşı növbəti dəfə təxribata əl atıblar.
ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Tatarıstanın paytaxtı Kazan şəhərində yerləşən "Qul-Şərif" məscidində yerləşən muzeydə Azərbaycanın Qarabağ bölgəsinin "Artsax" adı altında verildiyi orta əsrlər dövrünü əks etdirən xəritə nümayiş olunub.

Məlum faktı Sankt-Peterburqda yaşayan azərbaycanlı hüquqşünas Ramin Novruzov üzə çıxarıb. O, separatçı ermənilərin təxribatı ilə bağlı "Qul-Şərif" məscidinin məsul şəxslərinə və Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ünvanladığını bildirib.

Top
JoomlaLock.com All4Share.net