Lukaşenko Qarabağdan danışdı
Featured

29 Aprel 2019

"ATƏT regionunda çox problem toplanıb, bu problemlərə heç bir halda göz yummaq olmaz".

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə ATƏT Parlament Assamlbleyasının sədri Georgi Sereteli ilə görüşdə deyib.

"Razılışın ki, bizim ümumi evimizdə həll edilməli olan çox problem yığılıb: həm Dağlıq Qarabağ, həm Dnestryanı və digər problemlər. Buraya Ukrayna da əlavə olunub", - deyə o qeyd edib.

A. Lukaşenko bu problemlərə zəif reaksiya verdiyi üçün təşkilatı tez-tez tənqid etdiyini deyib: "Ola bilər ki, bu məsələlərə zəif reaksiya verdiyi üçün mən ATƏT-i tez-tez tənqid edirəm. Lakin onların həlli ATƏT-in bilavasitə işidir. Çünki bu təşkilat Avropa qitəsində təhlükəsizliyə cavabdehdir və heç bir halda bu problemlərə göz yummaq olmaz".

Belarus lideri uzun müddətdir, ATƏT meydanında dövlət başçılarının görüşünün təşkil olunmamasını da tənqid edib: "Bu görüşlərdə cari məsələlər, mürəkkəb vəziyyətlərdən çıxış yolları müzakirə oluna bilər. Sonuncu belə görüş 2010-cu ilə Astanada keçirilib. Daha geniş miqyaslı konfrans isə 1999-cu ildə İstanbulda təşkil olunub".

Öz növbəsində, G. Sereteli ATƏT regionunda müzakirəsinə və həllinə ehtiyac olan problemlərin mövcudluğu fikri ilə razılaşdığını bildirib.(ona)

Top
JoomlaLock.com All4Share.net