Bu gün Şəhid Şahin Cavadzadənin mövlud günüdür
Featured

15 May 2019

Bu gün aprel Şəhidi Şahin Yaşar oğlu Cavadzadənin doğum günüdür.

Vetenugrunda.az bu gün oxuculara Şəhidimizi xatırladacaq.

Şahin Cavadzadə 1994-cü ilin 15 aprel tarixində Beyləqan rayonunun Bolsulu kəndində anadan olub. O, 2016-cı ilin 2 aprelində Talış Yüksəkliyi uğurunda gedən döyüşlərdə Şəhid olub. Aprelin 10-u isə Şahin Cavadzadə doğulduğu Beyləqan rayonunun Bolsulu kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Gizir Cavadzadə uğrunda Şəhid olduğu torpağa tapşırıldı. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Qeyd edək ki, Şahin Cavadzadənin əmisi Akif də 1993-cü ildə 18 yaşında Talış yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla Şəhid olub.

Top
JoomlaLock.com All4Share.net