Ermənilər Azərbaycanda prezident seçəcəklər
Featured

20 May 2019

Ermənilər Azərbaycanda "prezident seçkiləri"nə belə hazırlaşır.

Biz qəti və son hücuma hazırlaşmasaq, bunu da həyata keçirəcəklər...
Bizə yenə də düşmənin konkret əməllərinin ardınca yalnız boş-boş bəyanatlar vermək qalacaq...

Azərbaycan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin keçmiş "dövlət naziri" sayılmış Araik Arutyunyan 2020-ci ildə keçirilməsi nəzərdə tutulan qanunsuz "prezident" seçkiləri"nə hazırlıqla bağlı görüş keçirib.

Bu haqda Xankəndindəki separatçı nəşrlər məlumat yayıb. "Prezident"liyə namizədliyini irəli sürmüş A.Arutyunyan Qubadlı rayonunun "İşxanadzor" adlandırılmış Xanlıq kəndində keçirdiyi görüşdə bir sıra vədlər verib. O cümlədən bildirib ki, rejimin "hazırkı iqtisadi inkişaf səviyyəsi hər bir "vətəndaş"ın pulsuz və keyfiyyətli tibbi xidmət almasına şərait yaradır"...

P.S. Əgər biz təcili olaraq torpaqlarımızın azadlığı uğrunda qəti hücuma hazırlaşmasaq, ermənilər "Avropa futbol çempionatı"nı da, ümumerməni oyunlarını da, "prezident seçkiləri"ni də keçirməyə nail olacaqlar və bizə yenə də onların konkret əməllərinin ardınca yalnız boş-boş bəyanatar vermək qalacaq.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net