"Onlara çəkdiyin dağı unutmayacaqlar" - Mənsimov
Featured

18 İyun 2019

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, qəhrəmanlığı ilə dünyanı heyrətə salan Mübariz İbrahimovun Şəhadətindən 9 il ötür.

Vetenugrunda.azın verdiyi xəbərə görə, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov Şəhid Mübariz İbrahimovun anım günündə ona ürək sözlərini yazıb: "Adaşım, bu gün sənin şəhidlik zirvəsinə yüksəlməyindən düz 9 il ötür. Bu gün Mübariz olduğun gündür. 9 il əvvəl sən yenidən düşmənlərə sübut etdin ki, Azərbaycan əsgəri onları əzib keçər və heç kim, heç bir qüvvə bizim qəhrəman əsgərlərin qarşısını ala bilməz. Bu xalq öz vətənini göz bəbəyi kimi qoruyan və canını fəda edən onminlərlə gənc yetişdirib. Tariximiz boyu igid qəhrəmanlarımızla fəxr etmişik. Bu gün o fəxri sən bizə şəhid olaraq yaşatdın. Biz də sənin simanda bütün şəhidlərin ailələrini göz bəbəyimiz kimi qoruyub yaşatmalıyıq.

Bu gün səndən düşmən də çox danışacaq. Çünki onlara çəkdiyin dağı əsirlər keçsə də, unutmayacaqlar. Biz də şəhidlərimizi heç vaxt unutmuruq və unutdurmayacayıq. Ruhun şad olsun, Mübariz!"

Top
JoomlaLock.com All4Share.net