"Biz ermənilərlə birgə yaşaya bilərik" - DEPUTAT
Featured

22 İyun 2019

"Azərbaycan nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının İrəvanda keçirilən toplantısında iştirak edib. Ancaq mən bu gün salonda erməni nümayəndələri görmürəm".

Bunu bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 53-cü Baş Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Eldar Quliyev bildirib.

Dilqəm Əsgərov və Şahbaz Quliyevin hələ də girov saxlandığını nəzərə çatdıran E. Quliyev deyib ki, bu yaxınlarda Azərbaycan ordusunun zabiti təmas xəttində snayperlə vurulub:

"Ermənistan tərəfinin bu addımı qəbuledilməzdir. İndi Ermənistan tərəfi iddia edir ki, guya həmin zabiti Azərbaycan tərəfi özü vurub. Bu, absurddur. Bir müddət əvvəl bir əsgərimiz də vurulmuşdu. Biz əvvəllər birgə yaşamışıq, bundan sonra da yaşaya bilərik. Lazım olsa, sülhməramlı qüvvələr də bu prosesdə iştirak edə bilər".(apa)

Qeyd edək ki, iyulun 26 -da deputat Elfar Quliyevin 68 yaşı olacaq. O, 19 ildir, Milli Məclisin deputatıdır. 1993-cü ildən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq"ın sədrdir. 8 ildir ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru vəzifəsini tutur. 

Top
JoomlaLock.com All4Share.net