Xəstəxanada intihar edən Aprel döyüşçüsü öldü
Featured

29 İyun 2019

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında özünün yandıran Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılov dünyasını dəyişib

Xəbər verdiyimiz kimi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında övladını xəstəxanaya gətirən şəhər sakini, MAXE kimi Aprel döyüşlərinin iştirakçısı olmuş İmamverdi İsmayılov orada üzləşdiyi biganə münasibətə və xəstəxana rəhbərliyinin yaratdığı özbaşınalığa etiraz əlaməti olaraq ötən gün özünü benzinlə yandırıb.

Hadisə nəticəsində ağır yanıq xəsarətləri almış İmamverdi İsmayılov bu gün -29 iyun təxminən saat 14:00 radələrində xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki,intihar etmiş İmamverdi İsmayılov Aprel döyüşlərinin iştirakçısı olub. Ordudan tərxis olunduqdan sonra isə Mingəçevir Qaz İstismar sahəsində işləyirdi.

Özünə qəsd etmiş İmamverdi İsmayılov övladının xəstəliyi ilə əlaqədar dəfələrlə Mingəçevir xəstəxanasına müraciətlər etsə də düzgün müayinə-müalicə aparmayıblar və onu sadəcə yola veriblər. Xəstəxana rəhbəri Könül Ələkbərovun yaratdığı "idarəetmə"dən cana yığılan İmamveridi intihar cəhdindən bir neçə saat əvəll gecə saat 23:27-də özünün facebook səhifəsində Könül Ələkbərovun şəkilini qoymaqla kəskin etiraz xarakterli status da yazıb.(kanal32.info)

Həmin statusu təqdim edirik:

Top
JoomlaLock.com All4Share.net