Azərbaycanda prezidentliyə yeni namizəd-Movses Akopyan
Featured

02 İyul 2019

Paşinyanın Qarabağdakı qondarma "prezident seçkiləri"ndəki namizədi bəlli oldu.


Ermənistan baş naziri Nikol Paşinyanın 2020-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış rejimin keçirəcəyi qanunsuz "prezident seçkiləri"ndə dəstəkləyəcəyi namizəd təxminən bəlli olub.

İşğalçı ölkənin "Jamanak" qəzetinin yazdığına görə, hazırda Ermənistanın baş hərbi müfəttişi vəzifəsini tutan separatçı rejimin keçmiş "müdafiə naziri" general Movses Akopyan Qarabağdakı qondarma "prezident seçkiləri”ndə Ermənistan hökuməti və şəxsən N. Paşinyandan dəstək alacaq namizəd ola bilər.

"Paşinyan anlayır ki, Vitali Balasanyana və onun ətrafında birləşmiş qruplaşamaya yalnız həmin qrupa qarşı çıxmaqdan qorxmayan və onun təhdidlərindən çəkinməyəm bir adam qalib gələ bilər", - qəzet belə yazır.

Xatırladaq ki, Xocavənd rayonunun Çartar kəndində doğulmuş bu üzdəniraq erməni general 1988-1992-ci illərdə Xankəndidəki 366-cı sovet-rus alayında vzvod və rota komandiri olub. Və Xocalı soyqırımında, Şuşanın işğalında və Azərbaycana qarşı digər əməliyyatlarda fəal iştirak edib.(moderator.az)

Top
JoomlaLock.com All4Share.net