Ermənilər "Gözəlim sənsən" və "Köçəri"ni oğurladılar
Featured

15 İyul 2019

Dünən – iyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarşıdurması baş verib.

Bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat yayıb. O bildirib ki, Ermənistanı təmsil edən "Qafqaz" rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan "Köçəri" və Rəşid Behbudovun ifasında məşhurlaşan "Gözəlim sənsən" xalq mahnısını ifa ediblər:

"Bu xalq mahnılarımızı ifa edərkən tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar Azərbaycan bayrağını qaldıraraq, yüksək səslə rus dilində: "Bu Azərbaycan mahnısıdır, ar olsun sizə!" deyirdilər. Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırdılar. Yerlərdən səs-küy salan bir qrup erməni qadın isə öz saxta tarixləri ilə azərbaycanlılara "dərs" verməklə yanaşı, həm də təhqir etməyə başladılar.

Onlar: "Eybecərlər, axmaqlar! Bizim 300 min illik tarıxımız olanda siz hardaydınız?" deyə qışqırırdılar. Bununla da qarşıdurma başlandı. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəldi. Azərbaycanlıların bir neçəsi saxlanıldı, qalanı isə qaçaraq aradan çıxdı". (kult.az)

Top
JoomlaLock.com All4Share.net