Paşinyan Xankəndindən nota verdi: "Qarabağ Ermənistanındır, vəssalam"
Featured

06 Avqust 2019

"Qarabağ Ermənistanın ayrılmaz hissəsidir.​ Çoxları soruşa bilər, cavab çox sadədir: Qarabağ Ermənistandır, vəssalam".

Bu sözləri avqustun 5-də Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanda-Xankəndidəki mitinqdə çıxışı zamanı deyib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Paşinyan çıxışına Böyük Ermənistan ideyasının çağırışı ilə- "Miatsum" deməklə, (Azərbaycan torpaqları hesabına "birləşmiş" erməni dövlətinin yaradılması ideyası – red.)  başlayıb:

"Bütün dünyanın qürurlu ermənilərini salamlayıram və sözlərimə 1988-ci ildə bu Dirçəliş meydanını silkələyən "Miatsum", "Miatsum" şüarı ilə başlamaq istəyirəm".

Ermənistan rəsmiləri ilə Xankəndindəki izdihamlı mitinqə qatılan Paşniyan erməniləri birləşməyə çağırıb. O, ermənilər arasında parçalanmaya son qoymağın vaxtının çatdığını, Ermənistandakı xalq inqilabının ümumerməni inqilabına çevirilməsinin vacibliyini bildirib: "İnqilab Ermənistanda, Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir. “İcevanlı”, “qarabağlı”, “gümrülü” anlayışlarından imtina edilməlidir".

Paşniyan ermənilərin ümumi marağı olduğunu və bildirib: "Qarabağ, Ermənistan, erməni diasporunun birgə çalışmalı, xalqımızı daha uzaqlara aparmaq uğurunda mübariz olmalıdır".

Paşinyan erməni hökuməti üçün repatriasiyanın (Vətənə qayıdış – red) prioritet mövzu olduğunu deyib və Ermənistan hökumətinin bu sahədə "meqalayihələr"indən danışıb:
"Ermənistan dünyanın 20 ən effektiv ordusundan birinə sahib olmalı, dünyanın ən effektiv kəşfiyyatından birini yaratmalı, turistlərin sayını 15 milyona çatdırmalı, təhsilin maliyyələşdirilməsini 20 dəfə artırmalıdır. Çoxları soruşa bilər ki, bəs Qarabağ niyə bu planlarda yoxdur? Cavab çox sadədir. Qarabağ Ermənistandır, vəssalam".

Qeyd edək ki, iki gün öncə Azərbaycan baş nazirinin müavini Əli Əhmədov Nikol Paşinyanın əksinə olaraq Azərbaycan xalqını düşmənə qarşı deyil, iqtidarı müxalifətə qarşı birləşməyə çağırıb. 

Top
JoomlaLock.com All4Share.net