Fransa deputatları Qarabağda
Featured

11 Sentyabr 2019

Fransa deputatları yenə Azərbaycanın işğal altındakı torpaqlarına gəldi.

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa parlamentinin üzvləri növbəti dəfə Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq işğal altındakı torpaqlarımıza ayaq basıb.

Rusiya mediasının yaydığı məlumata görə, fransız parlamentariləri Xankəndinin girişində qondarma separatçı rejimin qanunsuz və saxta "parlamenti"nin sədr müavini Vaqram Balayan qarşılayıb.

Fransa Senatı üzvlərinin gəlişinin məqsədi aydındır – separatçı-terrorçu erməni rejiminin dünyada "müstəqil dövlət" kimi tanınmasına çalışmaq…(moderator.az)

Top
JoomlaLock.com All4Share.net