Əsgərimiz Ramin Abdulrəhmanov Şəhid oldu
Featured

23 Sentyabr 2019

Sentyabrın 22-də əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, əsgərin nəşinin ərazidən təhlükəsiz təxliyyəsini təmin etmək məqsədi ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə müraciət olunub.

Ermənistan mətbuatı əsgərin diversiya qrupunda olması və digərlərinin geri çəkilməsi barədə məlumat yayıb.

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yazdığını yalan adlandırıb.

Top
JoomlaLock.com All4Share.net