Qarabağ döyüşünün Mixaylosu "ermənilərin fabrikində çalışır"
Featured

04 Oktyabr 2019

Ermənilərə 15 gün ərzində qan udduran qəhrəmanımız Natiq Səlim oğlu Qasımov sağdır və o, kimya fabriklərindən birində çalışır.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu barədə asasmedia məlumat yayıb. Məlumatda deyilir ki, Natiqin qardaşı Nofəl Kərimov əsir qardaşının saxlandığı yeri araşdırarkən belə bir xəbərlə üzləşib. Azərbaycanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşlarından olan Gürcüstan əsilli İsmayıl Axundzadə Natiq Qsımovun sağ olduğunu, Kirovakan bölgəsində kimya fabrikində çalışdığını öyrənib.

Qeyd edək ki, Natiq Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildən ailəlikcə Mingəçevirə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıbıb. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə vətənə qayıdıb və həmin il də könüllü olaraq cəbhəyə yollanıb.

Ağdamda Yaqub Rzayevin başçılığı altında "Qarabağ şahinləri" dəstəsində ermənilərə qarşı döyüşmüş, 1992-ci ilin əvvəllərində evlərinə qayıdıb.

1992-ci ildə Ağdamın Xramort kəndi yaxınlığında yeddi əsgərimiz alban kilsəsi yerləşən yüksəklik uğrunda ölüm-dirim savaşına qalxır. Döyüşdə altı yoldaşı Şəhid olan Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 15 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır.

Xocalı qaçqını, dil-ədəbiyyat müəllimi Cəfərov Cəfər müəllimin dedikləri:

- Bizi, yəni 22 nəfər xocalılını tutub Əsgərana gətirdilər. Bir neçə gün orada qaldıqdan sonra, bir səhər bizi cərgəyə düzdülər. Erməni zabiti mənə yaxınlaşıb dedi ki, səni Qriqoryan kilsəsinə aparıram, kilsənin içərisində döyüşçülər var. Onlar bizə müqavimət göstərirlər. Sən kilsənin içərisinə daxil ol və onlara təslim olmalarını de. Əgər onlar təslim olmasalar sizi və 22 nəfər Xocalı sakinini güllələyəcəyik. Təslim olsalar sizi azad edəcəyik.

Məni Qriqoryan kilsəsinə apardılar. Kilsədən aralı maşını saxlayıb düşürdülər və kilsəyə girməyimi əmr etdilər. Mən kilsəyə daxil olanda kilsədən səs gəldi. Mən tez azərbaycanlı olmağımı dedim və onu da dedim ki, əgər o təslim olmasa 22 nəfər Xocalılını öldürəcəklər. O, bir nəfər olduğunu və ac-susuz tək döyüşdüyünü bildirdi. Onun rəngi hissdən qapqara olmuşdu. Mən ermənilərin fikrini ona bildirdim. O, bir an fikrə getdi. Sonra Azərbaycan bayrağını kilsənin üstündən çıxardı. İki gülləsi qalmışdı, onu da havaya atdı və kilsədən çıxdı. O, razı olmadı ki, Xocalıları güllələsinlər. Azərbaycan bayrağını sinəsinə sıxıb ermənilərin üzərinə getdi.

Natiq Qasımovun bu qəhrəmanlığını hadisə yerində olan italiyalı fotomüxbir Enriko Sarzi lentin yaddaşına köçürür və bu bu günə qədər də müharibə mövzusunda çəkilmiş ən yaxşı fotolardan biri kimi dillər əzbəri olur.

Natiq Qasımov daha çox bu fotosu ilə tanınd. Şəkildə bu oğlan erməni yaraqlılarının müşayiəti ilə bayrağı aparır.

Bayrağı düşmənə verməyən oğul - FOTOLAR

Şəkil keçmiş SSRİ-nin ən populyar dərgilərindən olan "Oqonyok" jurnalının 1992-ci il tarixli aprel sayında (№ 14-15) dərc olunmuş Konstantin Smirnovun "Qorxu" sərlövhəli məqaləsində yer alır. Yazı italiyalı fotomüxbir Enriko Sarzininin çəkdiyi gördüyünüz bu şəkillə müşayiət olunur. Şəkildə Natiqin ağır döyüşlərdən sonra əlində üçrəngli milli bayrağımız iki saqqallı erməni arasında məğrurcasına addımladığı əks olunub.

"Oqonyok"un müxbiri K.Smirnov özü də bilmədən cəsur partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin şücaətini təkrarlamış Natiq Qasımovun qəhrəmanlığını və cəsarətini tam xırdalığınadək vəsf etmişdi. Baxmayaraq ki, yazıda erməni təəssübkeşliyi müəyyən qədər də olsa özünü büruzə verib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlətməkdədir.

Top
JoomlaLock.com All4Share.net