"Stolun üstündə balta ilə kəsilmiş uşaq başı var idi"-Litvalı jurnalist Xocalı soyqırımından danışır-VİDEO
Featured

06 Noyabr 2019

Hərbi jurnalist, Xocalı soyqrımından bəhs edən "Sonsuz Dəhliz" sənədli filminin baş qəhrəmanı Riçardas Lapaytis deyir ki, aradan illər keçsə də Xocalı əsirlərinin başına gətirilən müsibətləri, vəhşəti unuda bilmir.

Riçardas Lapaytis Ermənistanın Azərbaycana qarşı yeritdiyi işğalçılıq siyasəti nəticəsində baş verən dəhşətli hadisələrin canlı şahidi olub.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, hərbi jurnalist gördüklərini tam şəkildə etiraf etməkdən çəkindiyini bildirib. O, dünyada böyük gücə çevirilməkdə olan erməni lobbisindən çəkindiyini etiraf edib: "Stolun üstündə 8-10 yaşlarında paltarları soyundurulmuş iki qız uzadılmışdı...Ağdam xəstəxanasında rus həkimlər deyirdilər ki, biz başa düşə bilmirik, Xocalı əsirliyindən qayıdan qızlar burada ölürlər, biz onları qurtara bilmirik, məni başa düşürsüz?" 

"Sonsuz Dəhliz" sənədli filminin Druskininkay şəhərində nümayişi zamanı çıxış edən jurnalist azyaşlı qız uşağının başının balta ilə kəsildiyini deyib.

Filmin baş prodüseri və rejissoru Aleksandr Brokasdır.

 

Top
JoomlaLock.com All4Share.net