Ziyafət Əsgərov ermənilərin istəyini normal qəbul etdi

13 Noyabr 2019

"Ermənilər Azərbaycan ərazisində Muxtar Respublika yarada bilərlər"

Ziyafət Əsgərov Lavrovun bəyanatına reaksiya verdi

"Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik".

Bunu jurnalistlərə açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, ermənilər özlərinə bir dövlət yaradıb, artıq ikincisini yaratmaq arzusundadırlar: "Azərbaycanın ərazisi daxilində Muxtar Respublika statusunda yarada bilərlər. Yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində onlara hansısa muxtariyyət verməkdən söhbət gedə bilər". (apa)

Top
JoomlaLock.com All4Share.net