Paşniyan hökumət rəsmilərini Bakıya göndərir

05 Dekabr 2019

Azatutyun yazır ki, baş nazir Nikol Pashinian-ın qərarı ilə Ermənistan nümayəndə heyəti Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (Transport Corridor Europe-Caucasus-Asia - TRACECA) təşkilatının hökumətlərarası komissiyasının 14-cü sessiyasında iştirak etmək üçün Bakıya göndərilir.

Bu tədbir əsnasında habelə bu strukturun yaradılmasının 20-ci ildönümü qeyd olunmalıdır.

Ermənistan nümayəndə heyətinin tərkibinə ərazi idarəetməsi və infrastruktur nazirinin müavini Armen Simonyan, bu nazirliyin texniki siyasət şöbəsinin rəhbəri Arman Karapetyan, habelə Ermənistan XİN-in müşaviri Artyom Aznauryan daxildirlər. Tədbir Bakıda dekabrın 4-7-də keçiriləcək.

İngiliscə qısa adı TRACECA olan layihə 1993-cü ilin mayında Brüsseldə keçirilən konfransda 8 ölkənin - 5 Mərkəzi Asiya və 3 Cəbuni Qafqaz respublikasının iştirakı ilə qəbul edilib.(azadlıq radiosu erməni bölməsi)

Top
JoomlaLock.com All4Share.net