Nazirlər Bratislavada Qarabağdan danışıblar
Featured

05 Dekabr 2019

Nazirlərin Bratislava görüşü baş tutdu

Dekabrın 4-də Slovakiyanin paytaxtı Bratislava şəhərində Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarovla Zohrab Mnatsakanyanın görüşü olub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, görüş ATƏT nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutub. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirilib: "3 saat yarımdan çox davam edən görüş zamanı tərəflər geniş müzakirələr apardılar".

XİN qeyd edib ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətlərini müzakirə ediblər.

Məlumatda habelə vurğulanır ki, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi üzrə razılığa gəldilər.

Azərbaycan Xarici İşlər naziri E.Məmmədyarovla Ermənistan Xarici İşlər Naziri Z.Mnatsakanyan arasında sonuncu görüş sentyabrın 24-də ABŞ-ın Nyu-York şəhərində keçirilib.

Top
JoomlaLock.com All4Share.net