Anna Hakobyan: "Mehriban Əliyeva Qarabağda qonağımız ola bilər"

05 Dekabr 2019

Anna Hakobyan Mehriban Əliyevanı Artsaxa qonaq çağırıb, özü də Bakıya getməyə hazır olduğunu bildirib

Ermənistanın baş naziri Nikol Paşniyanın həyat yoldaşı Anna Hakobyan Azərbaycanın Birinci vitse -prezidenti Mehriban Əliyevaya ismarıc edib. A.Hakobyan bir daha ermənilərin nə qədər yalançı və ikiüzlü olduğunu sərgiləyib. "BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik" mövzusunda olan konfransda çıxış edən Anna Mehriban Əliyevanın "Muğamı Qarabağda dinləmək istəyirəm" arzusundan qıcıqlanıb: "Mən Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm. 

O qonağımız ola bilər. Biz qonaqları necə hörmət etməyi bilirik, qonaqpərvərlik qaydalarından biri də qonağı musiqi ilə şərəfləndirməkdir. Biz Qarabağda onun sevdiyi muğamı eşitmə arzusunu həyata keçirə bilərik və muğamla təmin edə bilərik.

Əliyeva dəvəti qəbul etsə, mən də Bakıya getməyə hazıram. 

Ancaq, Mehriban Əliyeva Qarabağa müharibə yolu ilə gəlib muğam eşitmək istəyirsə, əminliklə qeyd edirəm ki, bu arzu gerçəkləşməyəcək. Yeni müharibəyə başladıqları zaman onun digər yeni yerlərdə də muğam eşitmək arzuları olacaqdır".

Anna Hakobyan vurğulayıb ki, bu arzuya nail olmaq üçün ancaq bir yol var, o da sülhdur.

Ermənilər əslində bu açıqlama ilə Azərbaycanın işağl etdikləri bölgələrinə birdəfəlik sahiblənmək arzularını dilə gətiriblər. 

Top
JoomlaLock.com All4Share.net