Print this page

Ermənilər Azərbaycanda 120 hektarlıq nar bağı saldı
Featured

18 Dekabr 2019

Ermənilər Qarabağın Araz sahilində 120 hektarlıq Amerika narı bağı saldı...-FOTOLAR

Ermənilər Azərbaycanın Araz çayı sahili boyu yerləşən işğal altındakı ərazilərində məskunlaşma və quruculuq işlərini davam etdirirlər

Cəbrayıl rayonunun Qumlaq kəndi yaxınlığında son illər salınmış və "Araksavan" adlandırılmış qəsəbənin iki erməni sakini 120 hektar ərazidə nar bağı salıb.

Ermənistan saytlarının yaydığı məlumata görə, fermerlər Henrik Aslanyan və Qagik Satryan nar tinglərini və müasir suvarma sistemlərini ABŞ-dan gətiriblər.

Dekabrın 16-da qondarma separatçı-terrorçu rejimin "kənd təsərrüfatı naziri" adlanan Jirayr Mirzoyan ad-soyadlı adamabənzər məxluq Araz sahilinə gələrək yeni yaradılmış təsərrüfatla tanış olub və Azərbaycan torpaqlarında bu cür böyük bağlar salınması və digər işlər görülməsi üçün erməni sahibkarlara bundan sonra da dəstək veriləcəyini vəd edib.(moderator.az)

Related items