Saakyan Laçında yeni xəstəxana açdı
Featured

19 Dekabr 2019

Bizim "başbilənlər" də, görsünlər, xalqın başını qatmaq üçün təzə nə mövzu açırlar...

Azərbaycan Respublikasının 28-ci ildir işğal altında qalan Laçın rayon mərkəzində işğalçı ermənilər tərəfindən tikilmiş yeni tibb mərkəzinin açılışı olub.

Xankəndidəki separatçı saytların yaydığı məlumata görə, xəstəxananın açılış mərasiminə qondarma rejimin rəhbəri Bako Saakyan da qatılıb. "Kaşataq rayon tibb mərkəzi" adlanan xəstəxanaya işğaldan sonra uzun illər Laçın rayonunda baş həkim olmuş Artsax Buniyatyanın adı verilib. Xatırladaq ki, qondarma "Kaşataq rayonu"na yalnız Laçın rayonu deyil, Qubadlı və Zəngilan rayonlarının əraziləri də daxildir... (moderator.az)

Top
JoomlaLock.com All4Share.net