Torpağı da, məzarı da işğal olan ŞƏHİD

12 Yanvar 2020

Azərbaycan Milli Ordusunun əsgəri, 1-ci Qarabağ müharibəsinin Şəhidi Qaytaran Abbasov 1964-cü ilin bu günü-12 yanvarında Zəngilan rayonunun Qıraq Müşlan kəndində anadan olub.

Vetenugrunda.az çoxlarının unutduğu, məzarının da torpağı kimi işğal olunduğu qəhrəmanı xatırladacaq bu gün. 

Qaytaran Abbasov 1979-cu ildə Zəngilan Qıraq Müşlan kənd tam orta məktəbində orta təhsilini başa vurub. Daha sonra 114 saylı texniki peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra o, Mingəçevir şəhərində elektrik quraşdırma idarəsində çalışıb.

Qaytaran Abbasov 12 dekabr 1992-ci il tarixində Azərbaycanın ağır günlərində Milli Ordunun sıralarına könüllü olaraq qoşulub. Həmin il Ağdam, Tərtər, Qubadlı və Zəngilan rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-ci ildə "Zəngilan" Batalyonunda döyüşüb. O, 16 may 1993-cü ildə 29 yaşında Zəngilan rayonu uğrunda gedən döyüşlərdə qəlpə yarası alaraq qəhrəmancasına Şəhid olub.

Zəngilan rayonunda Şəhidlar xiyabanında dəfn olunub.

Qaytaran Abbasov ailəli idi. Sona adlı bir qızı yadigar qalıb.

Top
JoomlaLock.com All4Share.net