Print this page

Şəmkirin Şəhid Təbrizi
Featured

12 Yanvar 2020

23 yaşında Şəhadət zirvəsinə ucalan Təbriz Hamlet oğlu Əsgərovun bu gün mübarək mövlud günüdür.

O, 12 yanvar 1993-cü Şəmkir şəhərində anadan olub. 2010-cu ildə Şəmkir şəhərində yerləşən Nizami Gəncəvi adına tam orta məktəbi bitirib. 

Azərbaycan Silahlı Qüvvələrinin çavuşu 2016-cı ildə Aprel döyüşləri zamanı Şəhid olub.

Aprelin 6-sı isə Təbriz Əsgərov Şəmkir rayonunun Morul kəndində, uğrunda şəhid olduğu torpağa tapşırılıb.

Təbriz Əsgərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.