Şuşalıları ermənidən qoruyan Şəhid polis-Nizami Məmmədov
Featured

12 Yanvar 2020

Azərbaycanın Milli Qəhrəmanı, Şəhid Nizami Murad oğlu Məmmədov 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açıb. O, müharibədə göstərdiyi qəhrəmanlığı ilə tanınırdı.

Vetenugrunda.az bu gün oxucularına Nizami Məmmədovu xatırladacaq.

O, N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975-1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olub. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edib. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirib.

Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah-sursat çatdırılmasında iştirak edib, döyüşlərə atılıb. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak edib, erməni basqınçılarına öz gücünü göstərib.  

1992-ci il 29 mart tarixində snayper gülləsi onun arzularla dolu qəlbini susdurdu. Vətənin cəsur övladı Şəhadət zirvəsinə ucaldı. Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.

8 oktyabr 1992-ci ildə o, Məmmədov Nizami Murad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ailəli idi, üç oğlu yadigar qalıb.

Top
JoomlaLock.com All4Share.net