Futbolçu olmaq istəyirdi Şəhid oldu
Featured

12 Yanvar 2020

Goranboy rayonunun könüllülər batalyonunun döyüşçüsü, Yaşar Ağalar oğlu Rəhimov 12 yanvar 1947-cü ildə Goranboy rayonunun Faxralı kəndində anadan olub. 

Vetenugrunda.az oxucularına daha bir qəhrəman Şəhidimizi xatırladacaq.

Yaşar Rəhimov orta təhsil aldıqdan sonra Gəncə şəhərində texniki peşə məktəbini bitirib. Gəncə şəhər Enerji Təchizat Şöbəsində işləyib.

O, gənclik illərində futbol idman növünə böyük həvəs göstərib, doğulub boya-başa çatdığı Faxralı kəndinin, Dəliməmmədli qəsəbəsinin və Goranboy rayonunun yığma futbol komandalarında qapıçı kimi çıxış edib. Gəncənin "Dinamo" klubunun əvəzedici kollektivinə dəvət alıb. Gələcəkdə məşhur futbolçu olacağını xəyal edirdi. 

1 dekabr 1991-ci il tarixində Goranboy rayonunun könüllülər batalyonuna yazılıb, rayon ətrafında gedən döyüşlərdə iştirak edib.

28 dekabr 1991-ci il tarixində Todan kəndi uğrunda gedən döyüşlərdə aldığı ağır güllə yarasından Şəhid olub.

Şəhid Yaşar Rəhimov yaşadığı Dəliməmmədli şəhərində dəfn edilib. 

Goranboy rayonu Faxralı kənd uşaq bağçasına Şəhid Yaşar Rəhimovun adı veriib. Dəliməmmədli səhərinin küçələrindən biri Şəhid Yaşar Rəhimovun adını daşıyır.

Ailəli idi. Üç övladı yadigar qalıb. 

Top
JoomlaLock.com All4Share.net