Qazax səfir İrəvanda çıxış etdi: Levon Mirzoyan 2 milyondan çox qazaxın ölümünə səbəb olub
Featured

13 Yanvar 2020

Qazaxıstanın Ermənistandakı səfiri Timur Urazayev İrəvandakı "ArmenPress" informasiya mərkəzində baş tutan mətbuat konfransında etdiyi çıxışla ermənilərə tarixi dərs verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə o, çıxışında tarixdə heç bir zaman erməni soyqırımı olmadığını deyib və qondarma erməni soyqırımını tanımadıqlarını bildirib. 

Qazaxıstanlı diplomat Sovet İttifaqı dövründə, Stalin hakimiyyəti illərində törədilən "Qırmızı Terror" nəticəsində yüz minlərlə qazaxın ölümünə səbəb olan erməni əsilli Levon Mirzoyanı xatırladıb. O, ermənilərə keçmişlə yaşamamağı məsləhət görüb və bildirib ki, əgər keçmişə dönəsi olsaq o zaman erməni xalqı Levon Mirzoyanın iyrənc əməllərinə görə qazax xalqına cavab verməli olacaq.

Timur Urazayev Qazaxıstandakı "erməni icması"nın hökumətə dəfələrlə "erməni soyqırımı"nı tanınması üçün çoxsaylı müraciətlər etdiyini söyləyib: "1915-ci ildə baş verən faciələri yenidən gündəmə gətirməyin heç bir mənası yoxdur. Əgər erməni tərəfi "soyqırım" məsələsinin tanınmasını istəyirsə, hansı dövləti günahkar bilirsə, ona müraciət etməsi daha düzgün olardı. 1920-1930-cu illərdə Qazaxıstan böyük bir fəlakətə uğradı. O illərdə Qazaxıstan Respublikası əhalisinin 40 faizi yəni 2 milyon 230 min əhali aclıq və soyuqdan həlak oldu. Hətta heyvanların 90 faizi qırıldı. Bu zaman sovet rejiminin sərt siyasəti nəticəsində qazax xalqına qarşı tarixin ən dəhşətli soyqırımı gerçəkləşdi.

30-cu illərdə Sovet hökuməti erməni əsilli Levon Mirzoyanı Qazaxıstan Kommunist Partiyasına rəhbər təyin etdi. Onun ilk işi qazax xalqının soyqırımı siyasətini həyata keçirmək idi. Onun rəhbərliyi ilə on minlərlə deyil, yüz minlərlə qazax "Qırmızı Terrorun" qurbanı oldu. Əlbəttə ki, Qazax xalqımıza qarşı "Qırmızı Terror" əmrini Stalin və Beriya vermişdilər. Ancaq bu dəhşətli cinayətləri həyata keçirən erməni əsilli Levon Mirzoyandır. Qazax xalqın qarşı etdiyi bu qaniçənliyə görə Stalin ona Lenin ordeni verdi.  

Əlbəttə, hər kəs əkdiyini biçər. Mirzoyan da həbs edildi. Onu 26 fevral 1939-cu ildə Lefortovo zindanında güllələyərək öldürdülər. Qazax xalqına qarşı edilən soyqırımın baş rolunu oynayan aktyor Mirzoyana sonradan bəraət verilsə də, hər zaman adı qazxlara qarşı törədilən soyırımla yanaşı çəkilir.

Ancaq biz keçmişə yox, irəliyə baxmağı seçdik".

Top
JoomlaLock.com All4Share.net