Torpaq uğurunda ölən varsa-Şəhid Fərid Əhmədov
Featured

19 Yanvar 2020

Bu gün Şəhid Fərid Güloğlan oğlu Əhmədovun doğum günüdür. 

Vetenugrunda.az bu gün oxucularına Şəhid Fərid Əhmədovu xatırladacaq. 

O, 19 yanvar 1986-ci il, Cəlilabad rayonunda anadan olub.2003-cü ildə Cəlilabad şəhərində Nizami adına 1 saylı orta məktəbi bitirib. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi daxil olub. 2007-ci ildə oranı leytenant rütbəsi ilə bitirib. 2007-2008-ci illərdə Təlim-Tədris Mərkəzində təkmilləşdirmə kursu, 2008-2009-cu illərdə Gəncədə zabit kimi hərbi xidmət keçib.

2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığındakı döyüşdə Şəhid olub. Birbaşa döyüş xəttində Şəhid olduğu üçün Fərid Əhmədovun meyiti düşmən tərəfdə qalıb və yalnız noyabrın 6-da Ermənistan və Azərbaycan tərəflərinin razılaşmaları nəticəsində qaytarılıb.

Baş leytenant Fərid Gülağa oğlu Əhmədov (ölümündən sonra) "İgidliyə görə" medalı ilə təltif edilib.

Top
JoomlaLock.com All4Share.net