Rembo prezidentin vəzifə təklifini rədd etdi

19 Dekabr 2016

Amerikalı aktyor və rejissor Silvester Stallone ABŞ prezidenti Donald Trampın Milli İncəsənət Fonduna rəhbərlik etmək təklifindən imtina edib.

"Variety"nin xəbərinə görə, S.Stallone bildirib ki, onun namizədliyinin bu vəzifəyə görə nəzərdən keçirilməsi onu məmnun edib, lakin hesab edir ki, veteranlarla işləmək daha faydalı olacaq.

Qeyd edək ki, Milli İncəsənət Fondu incəsənət təşkilatları arasında dövlət qrantlarının paylaşdırılmasına görə cavabdehdir.

Şərhini daxil et

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top
JoomlaLock.com All4Share.net