Qara dənizdə qərq olan Rusiya hərbi ansamblının son konserti
Featured

25 Dekabr 2016

Xəbər verildiyi kimi Rusiya Müdafiə Nazirliyinin bu gün səhər saatlarında Soçi yaxınlığında Qara dənizə düşən Tu-154 təyyarəsində nazirliyin Aleksandrov adına hərbi mahnı və rəqs ansamblı tam heyətlə həlak olub. Bu,məşhur hərbi ansambldır. Böyük Vətən müharibəsində Alekandrov adına ansambl tez-tez cəbhədə, sovet əsgərləri qarşısında konsertlər verib, onları qələbəyə ruhlandırıb. İki dəfə Qırmızı Ulduz alıb.

İndi isə ansambl Rusiyanın Suriyadakı Hmeymim aviabazasında yerləşdirilmiş hərbi kontingenti Bəşər Əsədin hakimiyyəti naminə qələbəyə ruhlandırmaq, onları Yeni il münasibəti ilə təbrik etmək üçün gedirdi. Ansamblın sonuncu konserti Moskvada, dekabrın 3-də olub.(virtualaz)

Həmin konsertdən kadrları təqdim edirik:

 

Top
JoomlaLock.com All4Share.net