Ermənilərdən şəhidimizin nəşini qaytarmaq üçün siyasi şərt
Featured

11 Yanvar 2017

Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib. Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.

Üstəlik erməni tərəfinin daha bir alçaqlığı ortaya çıxıb. "Aykakan jamanax" qəzetinin yazdığına görə erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib "günahını boynuna alsa" əsgərin cəsədinin qaytarılması sürətlənəcək.

Bu, Ermənistan hakimiyyətinin beynəlxalq müharibə qanunlarını və insanlıq normalarını necə həyasızcasına tapdaladığını bir daha ortaya qoyur və belə vəziyyətdə düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol qalmır.(virtualaz)

Şərhini daxil et

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top
JoomlaLock.com All4Share.net