ŞƏHİD Ramiz Qəmbərov-VİDEO
Featured

18 Oktyabr 2016

Qəmbərov Ramiz Bulud oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Şuşa özünümüdafiə batalyonunun komandiri, Qarabağ müharibəsi döyüşçüsü.

Ramiz Qəmbərov 2 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1979-cu ildə H.Hacıyev adına Şuşa şəhər orta məktəbini bitirib.

1980-ci ildə hərbi xidmətə çağırılmış, 1982-ci ildə ordudan tərxis olunaraq Şuşaya qayıdıb. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstituna daxil olub. Amma təhsilini başa çatdıra bilməyib. Erməni təcavüzkarlarının başlatdığı Qarabağ müharibəsi minlərlə qeyrətli Azərbaycan oğulları kimi Ramizi də torpaqlarımızın müdafiəsinə qalxmağa məcbur edib.

Ramiz 1988-ci ildən xalq hərəkatına qoşulub. O, 1992-ci ildə könüllü özünümüdafiə batalyonu yaratmış və bu batalyonun başçısı olub. Onun taboru Şuşa şəhərinin, Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşub.

29 aprel 1992-ci ildə erməni işğalçıları Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücum edən zaman Ramiz Qəmbərovun taboru döyüşə atılmış və bu döyüşdə cəsur komandir ağır yaralanıb. Bir gün sonra, 30 aprel 1992-ci ildə o dünyasını dəyişib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qəmbərov Ramiz Bulud oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Ramiz Qəmbərov Şuşa şəhərində dəfn edilib.

Top
JoomlaLock.com All4Share.net