Təkbaşına 5 ermənini məhv edən şəhidimiz
Featured

19 Oktyabr 2016

Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısı alarkən şiddətli döyüşlərdə şəhid olmuş Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi xidmət keçən qulluqçusu Ruhin Qəhrəmanov təkbaşına 5 ermənini öldürüb.

O, cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. iləsuvardakı məcburi köçkün qəbiristanlığında dəfn olunan şəhid əsgərimiz əslən cəbrayıllı olsa da heç vaxt ana yurdunu görməyib. Onun valideynləri hələ də Biləsuvar rayonundakı 2 saylı məcburi köçkün qəsəbəsində yaşayır. Ruhin də qaçqın düşərgəsində doğulub böyüyüb.

Onun atası da Hökumət Qəhrəmanov da 1-ci Qarabağ döyüşlərində iştirak edib.   

Ruhin Qəhrəmanov ölümündən bir neçə ay öncə cəbhənin Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, təkbaşına 5 erməni silahlısını məhv edibmiş. Elə buna görə də o, həmin şücaətindən sonra “N” saylı hərbi hissənin rəhbəliyi tərəfində məzuniyyətlə mükafatlandırılıb. 

Şəhadətindən biir ay öncə valideynlərinin yanına məzuniyyətə gələn əsgər  geriyə şəhid kimi döndü…


Şərhini daxil et

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top
JoomlaLock.com All4Share.net