Şəhid Yavər Həsənov
Featured

23 Noyabr 2016

Şəhid Yavər Həsənov 15 mart 1963-cü ildə Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunun Balıqlı kəndində anadan olub. 1988-ci illərdə erməni faşistləri azərbaycanlıları buradan deportasiya edərkən onun ailəsi Bakıya köçüb. Ailə Binəqədi rayonu ərazisindəki Xutor adlanan bölğəsində məskunlaşb.

Yavər Həsənov eyni zamanda Milli Azadlıq Hərəkatının iştirakçılarından olub. O, Qarabağ hadisələri başlayanda ermənilərə qarşı olan mitinqlərdə fəal iştirak edib.

Yavər erməni vəhşiliyinin nə olduğunu hamıdan yaxşı bilirdi çünki onun ata nənəsi Səkinə nənə əslən Ərzurum vilayətinin Oltu yaxınlığındakı Sıxcey kəndindən idi. Səkinə nənənin söylədiklərinə görə onun atasını qapılarının nökəri olan erməni öldürüb. O, gündən sonra Səkinə nənənin qaçqınlıq həyatı başlayıb.

Sonradan Sovetlər birliyi qurulanda onlar Balıqlı kəndində yaşamışlar. Uşaq vaxtından erməni vəhşiliklərinin şahidi olan Səkinə nənə öz övladlarına hər zaman ermənilərin əsl iyrənc sifətini tanıtmışdı.

Hələ uşaq vaxtlarında əzizlərini və doğmalarını itirən Səkinə nənə ömrünün qürub çağında da əzizlərini, övladlarını, nəvələrini itirdi. Yavərin atası Həsənov Murtuz iki övlad itkisinə dözməyərək dünyasını dəyişdi. Yavərin özü cəbhə yoldaşlarının söylədiklərinə görə çox böyük qəhrəmanlıqlar göstərmiş qəhrəmanlıq nümunəsi olmuşdu. 

Yavərdən başqa 3-qardaşı da Qarabağ müharibəsində iştirak edib. Onlardan biri Həkim Həsənov müharibədə xəstələnib və 2003-cü ildə rəhmətə gedib. 

XATİRƏLƏR

Döyüş dostları Yavəri belə xatırlayır:

"1994-cü il 07 yanvar Füzulinin Alxanlı kəndi uğrunda qanlı döyüşlər gedirdi onlarla erməni yaraqlısı məhv edildikdən sonra Bəytəpə yüksəkliyini ələ keçirirlər, bu uğurlarına çox sevinən Yavərin sevinci uzun çəkmir. O, azğın düşmənin qaçarkən yerə basdırdığı minaya düşür və Şəhid olur. Daim xatirələrdə igidlik simvolu olan Yavər minaya düşməsəydi düşmən gülləsinə çətin tuş gələrdi. O, çox cəsur və mərd idi.
Onunla cəbhəyə getməzdən bir gün qabaq görüşdük-"daha bəsdir qonşu, sabah cəbhəyə yollanıram, dözə bilmirəm. İnşallah bir də qələbədən sonra görüşəcəyik. Neçə gün bundan qabaq gördüyüm fikirli, dalğın Yavər deyildi. Heç demə bu neçə günü qəti qərara gəlmək istəyirmiş. İndi çöhrəsində bir yəqinlik hasil olmuşdu.

Yavəri vətən, torpaq qeyrəti çəkirdi. Onu elə bu qeyrət də cəbhəyə yağı düşməndən intiqam almağa apardı. Düşmənlə kişi kimi vuruşdu, neçə erməni gəbərtdi. Son döyüşü 1994-cü il yanvarın 7-də Füzuli rayonunun Alxanlı kəndinin Bəytəpə yüksəkliyi uğrunda oldu.Həmin gün 6 nəfər döyüşçü yoldaşı ilə kəşfiyyata yollandı. Bu onun son əməliyyatı oldu.Azğın düşmənin geri çəkilərkən qoyub getdiyi ölümsaçan minaya toxundu.

Pəhləvan cüssəli Yavər bir göz qırpımında al qana boyandı. Döyüşçü dostu Əkrəm söyləyir ki, o, yarım saatdan çox ölümlə çarpışdı. Son sözü bu oldu: Axı mən söz vermişdim ki, qələbə ilə qayıdacağam, məni gavurların əlində qoyub getməyin! Son nəfəsində də intiqam hissi ilə dolu baxışları gözlərim önündən getmir. Hamımızı cəsarətli olmağa çağırırdı. Düşmənə hədsiz nifrəti onun ikinci silahı idi. Qana Qan hissi ilə alışıb yanırdı.

Şəhid olduğu günün ertəsi onun dəstəsi Alxanlı kəndini düşməndən təzmizlədilər. Döyüşçü dostları uğrunda vuruşduğu Alxanlıda 60 nəfər erməni faşistini əsir götürdülər. Heyif, Yavər dığaların bu yazıq görkəmini görmədi.

İndi neçə gündür ən müqəddəs yerimiz olan Şəhidlər Xiyabanından vətənini, xalqını hamımızdan çox sevib uğrunda vuruşub Şəhidlik zirvəsinə ucalan qardaşlarınla bir yerdə uyuyursan, Yavər!

Bacın Surəyyanın ağlamaqdan gözlərinin yaşı qurumur. Bu müharibədə çox bacılar qardaşlarını itirdi.

Atan Murtuz kişiyə bir təsəlli verə bilmədim. O, bircə bunları söylədi: "Oğullarımızın ölüm xəbərini dünyaya car çəkin, ağırdır oğul itgisi."!

Qeydbedək ki, Yavər Həsənov şiddətli döyüşdən dönərkən düşmənin basdırdıı minaya düşərək şəhid olub.

Binəqədi rayonu ərazisində yaşadığı ünvana Yavər Həsənov küçəsi adı verilib.

Şərhini daxil et

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top
JoomlaLock.com All4Share.net