İslam dünyası əziz Rəsulallahın (s) mövlud həftəsini qeyd edir
Featured

05 Dekabr 2017

Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi”dir

Dünyanın bir çox müsəlman və ərəb ölkəsində əziz peyğəmbərimiz həzrət Məhəmmədin (s) mübarək mövlud münasibətilə “Vəhdət həftəsi” mərasimləri keçirilir.

Müsəlmanlar əziz Rəsulallaha (s) məhəbbətlərini izhar etmək üçün çoxminlik yürüşlər, elmi konfranslar keçirir, küçə və məscidlərini bəzəyirlər.

Qeyd etmək lazımdır ki, İslam Peyğəmbərinin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i, şiələr isə 17-i qeyd edirlər.

Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir.

Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.(deyerler.org)

Top
JoomlaLock.com All4Share.net