Bu gün bütün dünyada hicab günüdür-VİDEO
Featured

01 Fevral 2018

Fevralın 1-i Beynəlxalq Hicab günüdür.

Bu tədbir dünyanın 140-dan çox ölkəsində qeyd edilir. Beynəlxalq Hicab günü ilk dəfə 2013 cü ildə keçirilib. 

Belə ki, 2013 cü ildə Nyu-York sakini Nazma Xan bu ənənənin təməlini qoyub. O, digər dinlərdən olan qadınları hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif etmiş və bu ideyası dünyanın bir çox ölkələrindən dəstək almışdrıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com.

Təşkilatçılar həmçinin bu tədbir vastəsilə bununla dünyada olan İslamofobiyanın zəifləməsinə nail olmağa ümüd etdiyini bildirir.

Nazma Xan bildirir ki, bu kampaniyanı təşkil etməkdə məqsədlərdən biri dinlərarası tolerantlığı Hicab vasitəsilə insanlara çatdırmaqdır.

Qeyd edək ki, 2015 ci ildə Hicab günü dünyanın 116 ölkəsində qeyd edilib və 10 milyona yaxın insan tərəfindən dəstəklənib.

Top
JoomlaLock.com All4Share.net