Tacikistanda 2 minə yaxın məscid bağlandı

06 Fevral 2018

"Tacikistan hakimiyyəti fəaliyyət göstərməsi üçün icazə sənədi olmayan 1938 məscidi bağlayıb".

Bunu fevralın 5-də jurnalistlərə Tacikistan hökuməti yanında dini və adət-ənənə işləri üzrə komitənin sədri Süleyman Davlatzoda bildirib.

“Onlara qeydiyyatdan keçmək üçün vaxt verilmişdi. Ancaq müəyyən edilən müddət ərzində qeydiyyatdan keçmədikləri üçün məscidlər bağlandı”, - komitə sədri vurğulayıb.

Komitənin məlumatına görə, 2017-ci ilin sonunda Tacikistanda 4 minə yaxın dini müəssisə, o cümlədən 48 mərkəzi cümə məscidi, 326 cümə məscidi, 3528 beşdəfəlik məscidlər, 1 İslam mərkəzi, 3 ismaili mərkəzi, 67 qeyri-İslam birliyi qeydə alınıb. Son 9 ildə Tacikistanda imamlar attestasiyadan keçirilir. 2014-cü ildən din xadimlərinə hər ay 90 dollara yaxın maaş verilir.(report.az)

Top
JoomlaLock.com All4Share.net