Bu il Azərbaycandan 1170 nəfər Həcc ziyarətinə gedəcək
Featured

14 May 2018

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başa çatıb, ayrılan kvota dolub.

Azərbaycandan Həcc ziyarəti üçün 1170 zəvvar sənəd verib.

Bildirilib ki, ehtiyac yarandığı halda, əlavə sənəd qəbulu aparıla bilər.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır.

Zəvvarların uçuşunu Azərbaycan Hava Yolları (AZAL) təşkil edəcək. Zəvvarların səfərləri avqustun 14-ü, 15-i və 16-da baş tutacaq, dönüş isə sentyabrın 1-i, 2-si və 3-nə planlaşdırılıb.

Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur.(apa)

Top
JoomlaLock.com All4Share.net