İmanın ən böyük dəstəyi nədir?
Featured

16 Avqust 2018

Şagirdlərdən heç biri möhtərəm müəllimin irəli sürdüyü sualı düzgün cavablandırmadı. Hərə bir cavab versə də, qəbul edilmədi. O böyük müəllimin, yəni Peyğəmbəri-Əkrəmin (s) öz səhabələrinə verdiyi sual belə idi:

"İmanın ən möhkəm dəstəyi nədir?"

Səhabələrin hərəsi bir cür cavab verdi:

"Bəziləri "Allah və Onun Rəsulu daha yaxşı bilir", bəziləri "namaz", bəziləri "zəkat", bəziləri "oruc", bəziləri "həcc və ümrə", bəziləri isə "cihad" deyə dilləndi".

Lakin Peyğəmbəri-Əkrəm (s) onların cavabında "xeyr" deyərək cavabların doğru olmadığını söylədi.

Sonda səhabələr tərəfindən istənilən doğru cavab verilmədikdə, Həzrət özü buyurdu:

"Bu dediklərinizin hamısı dəyər və fəzilətdir. Lakin heç biri doğru cavab deyil. İmanın ən möhkəm dəstəyi Allaha xatir sevmək və Allaha xatir nifrət bəsləmək, Allaha xatir Allah dostları ilə dost olmaq və Allaha xatir Allah düşmənləri ilə düşmən olmaqdır." ("Kafi", 2-ci cild, səh.125, hədis.6.) 

(maide.az)

Top
JoomlaLock.com All4Share.net