Köln şəhərində 30 milyon avroya başa gələn məscid istifadəyə verilib
Featured

03 Oktyabr 2018

Almaniyanın şimali Reyn-Vestfaliya əyalətinin Köln şəhərindəki "Böyük Məsci" 9 ildən sonra keçən həftənin Şənbə günü (29 Sentyabr 2018) istifadəyə verilib.

Köln (Cologen) məscidinin açılış mərasimində Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan da iştirak edib.

Bu məscidin tikilməsi barədə ilk layihə 2001-ci ildə hazırlanıb. İki il sonra şəhər şurası məscidin tikilməsi ilə razılaşıb.

Almaniyanın "İslam Türk Birliyi" təşkilatının istəyi ilə keçirdiyi tenderdə məscidin memarlığını Köln şəhərinin məşhur memarı Pal Bum udur. Pal Bum mərkəzində bir günbəzi və 55 metr uzunluğunda iki nazik minarəsi olan tikilinin layihəsini hazırlayır.

Məscidin tikilməsi barədə xəbərlər yayıldıqdan sonra radikal sağçılar məscidin tikilməsinə əngəl olmağa çalışırlar. Amma 2009-cu ilin noyabr ayının 7-də məscidin ilk bünövrə daşı qoyulur. Sonrakı illərdə məscidin namazxanası, kitabxanası, dərs otaqları, seminar salonu və maşın parkingi tədricən tikilib başa çatır. 2011-ci ilin fevral ayında məscidin 37 metrlik günbəzi qoyulur.

Köln şəhərinin ən mühüm memarlıq əsərlərindən birinə çevirilmiş məscidin açılış mərasimi 2012-ci ilin may ayında olacaqdı. Amma 2011-ci ildə "İslam Türk Birliyi" təşkilatı ilə memar Bum arasındakı razılaşma pozulur. 2012-ci ildə layihənin idarəsini öhdəsinə götürməyən Bum məscidin tikilişində müşavir olmağa razılaşır.

Məscidin qapıları ilk dəfə 2017-ci ilin iyun ayında (Ramazan) müsəlmanların istifadəsi üçün açılır. Daha sonra isə elan edilir ki, məscidin rəsmi açılışı 2018-ci ilin sentyarb ayında Türkiyə prezidenti Rəcə Təyyib Ərdoğanın iştirakı ilə olacaqdır.

Məscidin tikintisinə 30 milyon avro vəsait xərclənib.

Top
JoomlaLock.com All4Share.net