İmam Rzanın (ə) şəhadəti münasibətilə milyonlarla zəvvar Məşhəd şəhərinə axışır
Featured

04 Noyabr 2018

7 noyabr - 28 səfər - İslam Peyğəmbərinin (s) rehləti və 08 noyabr - 29 səfər - İmam Rzanın (ə) şəhadəti münasibətilə dünya ölkələrindən və İranın daxili bölgələrindən milyonlarla zəvvar matəm məclislərindədə iştirak etmək üçün müqəddəs Məşhəd şəhərinə axışır.

Matəm günü Məşhəddə İmam Rzanın (ə) hərəminə çatmaq üçün müxtəlif minik vasitələri ilə səfər edən zəvvarlarla yanaşı , piyada gələn zəvvarlar da var.

İmam Rzanın (ə) şəhadəti münasibətilə piyada yola düşən zəvvarların yorğunluqlarını almaq üçün insanlar istirahət çadırları qurublar və ehsanlar verirlər.

İmam Rzanın (ə) şəhadəti münasibətilə Məşhəd şəhərinə 3 milyondan artıq zəvvarın gəlməsi gözlənilir.

Top
JoomlaLock.com All4Share.net